Bərzani Kürdüstan üçün qiymətini açıqladı: 8,8 milyard dollar

05.10.2017 12:04     Dünyadan reaksiya     1629

İraq Kürd Regional Rəhbərliyinin sədri Məsud Bərzani Bağdadla razılığa gəlmək üçün ilkin rəqəm açıqlayıb. Belə ki, Kürdüstan vilayətini idarə etmək üçün ildə 8,8 milyard dollar veriləcəyi təqdirdə İraqın tabeçiliyində qalmaq irəli sürülüb.

İraq Kürd Regional Rəhbərliyinin Təbii Sərvətlər Nazirliyi açıqlayıb ki, Kürdüstanda məmurların maaşlarını ödəmək üçün ayda 732 milyon dollara ehtiyac var. 5 milyon əhalisi olan Şimali İraqda məmurların il ərzində maaşı 8,8 milyard dollar təşkil edir. Məsud Bərzani İraq hökumətinə təklif edib ki, əgər bu məbləğ ödənilərsə, onda müstəqillik məsələsi kənara qoyula bilər. 

Qeyd edək ki, Məsud Bərzaninin idarə etdiyi regional birlik blokada vəziyyətindədir. İraq, Türkiyə və İranın Kürdüstanla sərhədini bağlaması Bərzaninin alternativ yollar axtarmasına və rəsmi Bağdadla barışmaq istəməsinə gətirib çıxarıb. 

Reaksiya.az

Şərhlər