İspaniya Konstitusiya Məhkəməsi Kataloniya parlamentinə iclas keçirməyi qadağan edib
05.10.2017 19:24 Dünyadan reaksiya 1351
İspaniya Konstitusiya Məhkəməsi Kataloniya əyalət parlamentinin oktyabrın 9-da keçirilməsi planlaşdırılan iclasını qadağan edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya Konstitusiya Məhkəməsi qərar qəbul edib.
Qeyd edək ki, Kataloniya parlamenti oktyabrın 9-da müstəqilliyin elan edilməsi ilə bağlı iclas keçirməyi planlaşdırmışdı.
Şərhlər