Ərdoğan Kuzey Iraq üçün yeganə şərtini açıqlayıb.
05.10.2017 19:51 Dünyadan reaksiya 1194
Prezident Ərdoğan İran səfərindən qayıdarkən Şimali Iraqda həyata keçirilən pirat referendumla bağlı kritik bəyanatlar verib.
Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Kuzey Iraq üçün yeganə şərtini açıqlayıb.
Kuzey Iraqdan bir yumşalma siqnalı almadığını bildirən Ərdoğan, qanunsuz referendumla bağlı bunları deyib: "Biz yol xəritəmizi davam etdirəcəyik. Bu çərçivədə müvafiq orqanlarımız işlərini, danışıqlarını davam etdirirlər".
Ərdoğan, jurnalistlərin Bərzani hansı addımı atsa, nə etsə, Türkiyəni qane edər?, sualına isə çox dəqiq cavab verib.
Ərdoğan: "Bu işdən vaz keçəcək, geri çəkiləcək. Referendumu ləğv edəcək. Onsuz da görülən işin bir hüquqi qüvvəsi də yoxdur. Məsələn, vəziyyəti və şərtləri tamamilə fərqli olan Kosovanın durumuna baxın. Kosova, hazırda onu 114 ölkə tanımasına baxmayaraq, hələ də "Dövlətəm” deyə bilmir. Qaldı ki, Kosovanı ilk tanıyan ölkə ABŞ, ikinci isə saniyə fərqi ilə Türkiyə olmuşdur. Buna baxmayaraq, hələ də "Dövlətəm” deyə, demirlər. IKYB-nin gördüyü işə isə İsraildən başqa kimsədən dəstək yoxdur. Beləliklə, özünün bu işə son verməsi lazımdır, başqa çarəsi yoxdur. Əks halda, müəyyən bir təqvim içərisində addımları atmaq məcburiyyətində qalacağıq.
Şərhlər