Rusiya bütün dövlətləri birləşməyə çağırdı
09.10.2017 14:49 Dünyadan reaksiya 1538
Moskvadan bəyanat: Ambisiyalarınızı kənara qoyun!
Bütün ölkələr terrorizm üzərində qələbə çalmaq naminə birləşməlidir. Bunu Rusiyanın baş nazir Dmitri Medvedev bəyan edib.
"Bütün dövlətlər öz ambisiyalarını və fikir ayrılıqlarını bir kənara qoyaraq, mübaliğəsiz bəşər sivilizasiyasına meydan oxuyan İŞİD və digər ekstremist qrupların məğlub edilməsi naminə birləşməlidir" — deyə Əlcəzairin APS agentliyinə müsahibəsində Medvedev deyib.
Onun sözlərinə görə, terrorizmin genişlənməsi qlobal çağırışdır: "Ona qarşı yalnız bir yerdə dayanmaq mümkündür — koordinasiyalı bir şəkildə" — deyə Medvedev əlavə edib.
Ötən cümə günü Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, Suriya ərazilərinin 91%-i İŞİD-dən azad edib. Rusiya XİN İŞİD-in məhvindən sonra onun yerini "Ən-Nüsra Cəbhəsi"nin tuta biləcəyini bəyan edib. Nazirlik bildirib ki, Rusiya tərəfi dünya ictimaiyyətini terrorçularla mübarizənin getdiyi ərazilərdə dövlətləri qarşılıqlı razılıq əsasında vahid anti-terror cəbhəsində birləşməyə çağırmağa davam edir.(sputnik)
Şərhlər