Şimali Koreyadan yeni nüvə sınağı XƏBƏRDARLIĞI
10.10.2017 11:55 Dünyadan reaksiya 1194
Şimali Koreya oktyabrın 10-dan 18-dək növbəti nüvə sınaqlarını keçirə bilər.
Belə ki, Trend-in məlumatına görə, bu gün Pxenyanda hakim Əmək partiyasının yaranmasının ildönümü qeyd olunur. Oktyabrın 18-i isə Çində Kommunist partiyasının XIX qurultayı öz işinə başlayır.
Cənubi Koreya televiziyasının məlumatına əsasən, bu müddət ərzində Pxenyanın “hərbi təxribat” törətmək ehtimalı böyükdür.
Bununla əlaqədar olaraq cənub koreyalı və bölgədə olan ABŞ-lı hərbçilər döyüş hazırlığı səviyyəsini yüksək olaraq saxlayır.
Şərhlər