Ermənistan ordusunda müəmmalı ölüm

10.10.2017 18:04     Dünyadan reaksiya     1205

Ermənistan silahlı qüvvələrində müqavilə əsasında buldozerçi vəzifəsində xidmət edən sıravi Murad Ovanesyan oktyabrın 4-də müəmmalı şəkildə ciddi bədən xəsarətləri alıb.

Ağır vəziyyətdə təcili xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü M.Ovanesyanın halı daha da pisləşdiyindən həkimlər onun həyatını xilas edə bilməyib. 

Müəmmalı şəraitdə xəsarət alan buldozerçi Murad Ovanesyan qısa müddət ərzində xəstəxanada ölüb. 

Hadisə ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Reaksiya.az

Şərhlər