ABŞ Dövlət Departamenti Türkiyə ilə münasibətlər barədə

11.10.2017 10:53     Dünyadan reaksiya     1305

Amerikanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşının həbsindən sonra ABŞ və Türkiyə münasibətlərinin yaxşılaşması sual altındadır. RİA “Novosti” xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Noyert bildirib.

“Dövlət katibi digər ölkələrlə olduğu kimi, Türkiyə ilə də münasibətlərin yaxşılaşmasını istəyir. ABŞ Rusiya ilə də əlaqələri bərpa etmək istəyir. Lakin, Türkiyə hökumətinin qeyd edilən hərəkətləri bunu hazırda sual altında saxlayır”, - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ-Türkiyə münasibətlərində dəyişiklik həmin insidentdən sonra baş verib. Nauert bildirib ki, dövlət katibi R.Tillerson məsələ ilə əlaqədar türkiyəli həmkarı ilə hələ ki danışıqlar aparmayıb.

O əlavə edib ki, saxlanılan konsulluq əməkdaşının indiyədək vəkillə görüşü təmin edilməyib.

Reaksiya.az

Şərhlər