ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasından narahatdır

13.10.2017 11:22     Dünyadan reaksiya     1291

Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemlərini alması problemlər yaradıb.

Bu sözləri ABŞ-ın NATO-dakı xüsusi nümayəndəsi Key Beyli Xatçison deyib.

O bildirib ki, NATO ölkələri Türkiyənin bu hərəkətindən narahatdır: “S-400 sistemləri NATO-nun istifadə etdiyi komplekslərlə uzlaşmır”.

Xatçison əlavə edib ki, ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasına qarşıdır.

Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

"ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”, - deyə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi qeyd edib.

Reaksiya.az

Şərhlər