Nobel sülh mükafatı laureatı Trampı tənqid edib

15.10.2017 11:53     Dünyadan reaksiya     1167

2017-ci il Nobel Sülh mükafatı laureatı - Beynəlxalq Nüvə Silahının Qadağan Olunması üzrə Təşkilat (ICAN) ABŞ prezidenti Donald Trampın İranla bağlı strategiyasını tənqid edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu "ICAN"-ın icraçı direktoru Beatris Fin bəyan edib. 

“MAQATE-nin İranın bütün şərtlərə əməl etməsini dəfələrlə bəyan etməsinə baxmayaraq, Trampın bu ölkə ilə bağlı razılaşmanı pozmaq cəhdləri bir daha dünya qarşısnda duran böyük nüvə təhlükəsi barədə xatırlatmadır və bütün ölkələrin bu silahı qadağan etməsinə, məhv etməsinə işarədir”, - deyə o qeyd edib.

Onun qənaətinə görə, Tramp öz hərəkətləri ilə yeni münaqişəni alovlandırır. ABŞ prezidenti nüvə müharibəsi təhlükəsini azaltmır. 

Reaksiya.az

Şərhlər