Pentaqon İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib
16.10.2017 21:19 Dünyadan reaksiya 1323
ABŞ Müdafiə nazirliyi (Pentaqon) İraq Silahlı Qüvvələrinin Kərkükə daxil olması ilə bağlı açıqlama verib.
Məlumatda ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Kərkük yaxınlığında olduğu bildirilib.
Qeyd edilib ki, ABŞ hərbçiləri İraq Silahlı Qüvvələri ilə "peşmərgə" yaraqlıları arasında qarşıdurma zamanı şəhərdə olmayıblar.
"Bölgədəki amerikalı yüksək rütbəli hərbçilər həm İraq Silahlı Qüvvələrini, həm də "peşmərgə" yaraqlılarını bir-birlərinə qarşı silah işlətməmək üçün təmkinli olmağa çağırıb. ABŞ hərbçilərinin Kərkük yaxınlığında olması heç bir qüvvəyə təhlükə yaratmır", - açıqlamada vurğulanıb.
Şərhlər