Əfqanıstanın şərqində silahlılar polis idarəsinə hücum ediblər

17.10.2017 11:56     Dünyadan reaksiya     1122

Oktyabrın 17-də silahlılar Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətinin Qardez şəhərində polis idarəsinə hücum ediblər.

TASS informasiya agentliyi xəbər verir ki, səhər saatlarında polis idarəsi yaxınlığında bomba yüklü iki avtomobil partladılıb. Bundan sonra hücum edənlərlə polis əməkdaşları arasında şiddətli atışma başlayıb. İki yaraqlının öldürüldüyü bildirilir.

Hələlik hadisənin digər təfərrüatları barədə informasiya verilmir.

Tolo News telekanalının məlumatına görə, hücumun məsuliyyətini “Taliban” qruplaşması üzərinə götürüb.

Reaksiya.az

Şərhlər