Pekin hədəfini açıqladı - güclü donanma, qoşunlar..
18.10.2017 11:08 Dünyadan reaksiya 1580
Bu sözləri Çin lideri Si Szinpin Çin Kommunist Partiyasının 19-cu qurultayında çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, ölkələr arasındakı bütün fikir ayrılıqları dialoq yolu ilə həll edilməlidir:
“Biz bütün ölkələrin xalqlarını ümumi səylərlə insanlığın taleyini yenidən qurmağa çağırırıq. Biz gərək bir-birimizə hörmət edək, eynihüquqlu məsələhətləşmələr aparaq. Üstəlik, soyuq mentalitet və güc siyasətindən əl çəkməliyik. Beynəlxalq münasibətlərdə yeni yanaşmalara ehtiyac var”.
O, həmçinin, Çinin heç zaman ekspansiya siyasəti yürütməyəcəyini bildirib:
“Çin heç vaxt digər ölkələrin maraqlarını özünün şəxsi inkişafına qurban verməyəcək. Biz heç vaxt öz haqq və maraqlarımızdan da imtina etməyəcəyik. Çin hansı inkişaf səviyyəsinə qalxmasından asılı olmayaraq, hegemoniya və ekspansiyaya əl atmayacaq”.
Çıxşı zamanı Çin ordusunun vəziyyətinə toxunan Szinpin Silahlı Qüvvələrin 2035-ci ilə qədər tam modernizə ediləcəyini vurğulayıb:
“Biz milli müdafiə və ordunun gücləndirilməsi istiqamətində yeni tarixi ana çatmışıq. Biz yeni eraya çıxmaqla bağlı partiyanın ordunun gücləndirilməsi ideyasını reallaşdırmalı və yeni şəraitə uyğun hərbi strategiyalar hazırlamalıyıq. Çin güclü donanma, hava qüvvələri, quru qoşunları qurmalıdır. Bu, Pekinin missiyası olacaq”.
Kommunist lider həmçinin 2050-ci ilə qədər Pekinin güclü, demokratik sosial dövlət quracağını söyləyib. O, həmçinin, 2020-2035-ci illər arasında cəmiyyətin orta gəlirinin artırılacağını bildirib.(axar.az)
Şərhlər