Terroçular yeni “11 sentyabr”a hazırlaşırlar

19.10.2017 08:03     Dünyadan reaksiya     1435

İŞİD terror qruplaşması 11 sentyabr 2001-ci il hadisələrinə oxşar terror aktları planlaşdırırlar.

Bu barədə ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk bəyan edib.

Onun sözlərinə görə, hazırda terrorçular soyuq silah və avtomobillərdən istifadə edərək nisbətən xırda terror aktlarına əl atırlar. Bununla onlar maliyyə axınlarını qoruyub saxlamağa çalışırlar.

Bundan əlavə MTN-nin rəhbəri ABŞ xüsusi xidmət orqanlarının təhdidləri aradan qaldırmaq üçün hansı üsullardan istifadə edəcəyini açıqlamayıb.

Reaksiya.az

Şərhlər