İraq ordusu əməliyyatlara başladı

26.10.2017 12:12     Dünyadan reaksiya     1097

İraq Baş naziri Heydər Abadi Ənbar vilayətinin Qaim bölgəsini İŞİD-dən azad etmək üçün əməliyyatlara başladıqlarını açıqlayıb

Abadinin ofisindən yayılan açıqlamada bildirilib:

“Silahlı qüvvələrimiz İŞİD-in İraqdakı son qalası olan Qaim, Rava və digər qəsəbələrə doğru irəliləyir. Bütün terrorçuları təmizləyəcəyik. İŞİD-in önündə iki yol var: ya ölmək, ya da təslim olmaq”.

Açıqlamada İraq ordusunun xalqın rahatlığı üçün hər şey edəcəyi qeyd edilib.

Reaksiya.az

Şərhlər