Sarkisyanın atdığı addımın YENİ DETALLARI ÜZƏ ÇIXDI

26.10.2017 12:21     Dünyadan reaksiya     1327

Oktyabrın 16-da Cenevrədə Prezident İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edən Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsinə qayıdan kimi baş nazir Karen Karapetyanla razılaşmasının yeni detalları ortaya çıxıb.

 Sarkisyan 2018-ci ilin aprelində prezident səlahiyyətlərini başa vurandan sonra baş nazir olmaq istəyir.

Məlumata görə, Sarkisyan Karapetyana bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək baş nazirin səlahiyyətlərinə daxil ediləcək, baş nazirin müavini olacaq Karapetyan üçün isə heç nə dəyişməyəcək. Ona hökumətin iclasını keçirmək, kadr islahatları aparmaq və hökumət binasına rəhbərlik etmək səlahiyyəti veriləcək. Sarkisyan isə baş nazir olaraq Baqramyan 26-da (Ermənistan prezidentinin qərargahı - red.) oturacaq.

“Aykakan jamanak” qəzeti razılaşmanın yeni detallarını əldə edib.

“Məlumat var ki, Karapetyan bu təklifə əvvəlcə etiraz edib və bildirib ki, ona baş nazir postunda qalacağı ilə bağlı söz veriblər. Hətta əlavə edib ki, əgər baş nazir olmayacaqsa, onda istefa verəcək. Sarkisyan isə Karapetyana bildirib ki, tələsməsin, təklif üzərində bir neçə gün düşünsün. Karapetya bir neçə gün sonra Sarkisyanın təklifi ilə razılaşıb”, - deyə qəzetə danışan mənbə bildirib.

Erməni mənbələr iddia edirlər ki, Karapetyanın razılaşmasına səbəb Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsuliyyətdən azad olmaqdır.

“İddialara görə, Sarkisyan Cenevrə görüşündə öhdəlik götürüb, Karapetyan gələcəkdə keçmiş prezidentdən (Sarkisyandan) qalan öhdəlikləri üzərinə götürmək istəmədiyi üçün bu təklifi qəbul edib”, - deyə qəzet yazır.

Qeyd edək ki, Cenevrədə Sarkisyanın üzərinə öhdəlik götürməsi ilə bağlı məlumatı “1in.am” saytı da yazmışdı. Lakin söhbətin konkret hansı öhdəlikdən getdiyi açıqlanmır.(publika)

Reaksiya.az

Şərhlər