Almaniyada iki jurnalistə “vətənə xəyanət” maddəsi ilə cinayət işi

31.07.2015 17:46     Dünyadan reaksiya     3043

Almaniyanın netzpolitik.org adlı internet portalında çalışan jurnalistlər haqqında Federal Prokurorluq tərəfindən “vətənə xəyanət” ittihamı ilə cinayət işi açılıb.

Reaksiya.az xəbər verir ki, internet portalının iki məsulu Markus Beckedahl və Andre Meister, Konstitusiya Qoruma Təşkilatına aid gizli sənədləri nəşr etdiklərinə görə vətənə xəyanətdə günahlandırılıblar. Federal Prokurorluq, istintaqa səbəb kimi Netzpolitik.org - da nəşr olunan “gizli pul dövrüyyəsi, internet məzmunlarının toplu qiymətləndirilməsi və bu işi davam etdirəcək quruluşlarının cədvəli”ni göstərib.

Prokurorluğun eyni zamanda həmin sənədi jurnalistlərə çatdıran mənbəəyə cinayət işi qaldırdığı bildirilir. Federal Prokurorluğun şikayətinə əsasən bir ekspert təyin edərək həmin sənədin dövlətin gizlilik tələb edən bir sənədi olub olmadığını araşdıracağı da gələn xəbərlər arasındadır.

Konstitusiyanı Qoruma Təşkilatının (BfV) sədri Hans Georg Maassenin şikayətiylə qaldırılan cinayət işi  ölkədə mətbuat azadlığı məsələsini təzədən gündəmə gətirib.

 

Şərhlər

Çox oxunanlar