İrəvan Moskvanı yeni hərbi kreditə görə tələsdirir
30.10.2017 14:19 Dünyadan reaksiya 1501
Ümid edirik ki, Rusiya ilə Ermənistan arasında yeni 100 milyon dollarlıq kredit müqaviləsi yeni ilə qədər imzalanacaq.
Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan söyləyib.
“Ermənistan hökuməti artıq müqavilənin imzalanmasına izn verib. Hələlik imzalanma ilə bağlı dəqiq tarix yoxdur. Ümid edirəm ki, yeni ilə qədər imzalar atılacaq” – deyə o bildirib.
Qeyd edək ki, yeni kredit Ermənistana illik 3%-lə 15 il müddətinə veriləcək. Ermənistan bu kreditdən 2018-2022-ci illərdə istifadə etməlidir.
Bu, Ermənistana verilən ilk hərbi kredit deyil. Bundan öncə Rusiya Ermənistana 200 milyon dollarlıq hərbi kredit ayırıb. Müşahidəçilərin fikrincə, Rusiya bununla İrəvana müasir silahlarını hədiyyə edir və beləliklə, regionun təhlükəli dərəcədə silahlanmasına yol açır.
Şərhlər