Almaniya mətbuatı: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiya arasında körpüdür

02.11.2017 12:04     Dünyadan reaksiya     1540

Almaniyanın bir sıra xəbər portalları Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimi haqqında informasiyalar yayıb.

“Lok-report.de” portalı yazır ki, yeni dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Avropa və Asiya arasında yük daşınmaları üçün alternativ marşrutun əsası qoyuldu.

“Pressetext.de”, “Walstreet-online.de“ və “Presseportal.de” veb-portallarında verilmiş məlumatlarda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiya arasında körpü rolunu oynayacağı vurğulanır. Bu dəmir yolu xətti ilə Uzaq Şərqlə Avropa arasında yükdaşımalar üçün tələb olunan vaxtın 14-18 günə qədər qısalacağı bildirilir.

Reaksiya.az

Şərhlər