Düşmən ordusu zabitlərinin savadsızlığı Ermənistan üçün bir bəladır
02.11.2017 12:58 Dünyadan reaksiya 1996
Bu günlərdə işğalçı Ermənistan ordusunun zabiti, divizyanın raket və artilleriya silahları xidməti rəisi Antonyanın özünün feysbuk səhifəsdində yazdığı fikirlər yenidən bu ölkənin Müdafiə nazirliyinin, eləcə də nazir Vigen Sarkisyanın müxalifətin və ictimaiyyətin qəzəbinə tuş gəlməsinə səbəb olub.
Reaksiya.az xəbər verir k, söhbət gənc zabitlərin hədsiz savadsızlığından gedir. “Orduda zabitlərin savadsızlığı bir bəladır. Günü-gündən gənc zabitlərin savadı aşağı düşür. Çoxları peşiman olduğu üçün bilərəkdən oxumurlar, öyrənmirlər ki, xidmətdən tez canlarını qurtarsınlar. Bu il xidmətə başlayan gənc zabitlərə hərbi xidməti “əlifba”dan başlayaraq öyrətmək məcburiyyətindəyik”.
Reaksiya.az bildirir ki, Antonyanın feysbuk səhifəsində paylaşdığı bu fikirlərdən sonra Ermənistanda mövcud olan hərbi təhsil sistemi kəskin tənqid atəşinə tutulub. Hələlik Ermənistan Müdafiə nazirliyi rəsmiləri Antonyanın bu tənqidi fikirlərinə rəsmi münasibət bildirməyib.
Şərhlər