ABŞ və Yaponiya Şimali Koreyaya maksimum təzyiq göstərəcəklər

06.11.2017 11:58     Dünyadan reaksiya     1569

ABŞ və Yaponiya Koreya Xalq Demokratik Respublikasına maksimum təzyiq göstərmək üçün razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe Tokioda ABŞ prezidenti Donald Trampla görüşünün yekunu üzrə mətbuat konfransında bəyan edib.

O qeyd edib ki, təzyiqdə məqsəd Şimali Koreyanın nüvə işlərinin dayandırılmasıdır:

"İndi dialoq xətrinə dialoq aparmağın vaxtı deyil. Artıq Koreya Xalq Demokratik Respublikasına təzyiq göstərməyin vaxtıdır".

Reaksiya.az

Şərhlər