Tərifli Avropa ədaləti: Baş separatçı azadlıqda
06.11.2017 12:11 Dünyadan reaksiya 1990
Onlar yeni qərar qəbul olunanadək zaminə buraxılıblar
Belçika məhkəməsi Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon və onun dörd silahdaşını onların İspaniya hökumətinə təhvil verilməsi ilə bağlı qərar qəbul olunanadək zaminə buraxıb.
“Report” xəbər verir ki, bu barədə Kataloniya Milli Assambleyasının rəhbər müavini Aqusti Alkoberro öz "Twitter" səhifəsində yazıb.
"Kataloniyanın sabiq rəhbəri və onun silahdaşları azadlığa buraxılıb" — deyə o yazıb
Şərhlər