İraqdan yekun Kürdüstan qərarı
06.11.2017 14:35 Dünyadan reaksiya 2519
İraq Federal Məhkəməsi Kürd Muxtariyyətində keçirilən referendumdan sonra hansısa bölgənin ölkədən ayrılmasının mümkünsüz olması haqda qərar qəbul edib.
Məsələ ilə bağlı danışan məhkəmə rəsmisi İyas Samuk bildirib ki, ölkə konstitusiyasına görə, İraqın bütövlüyü qorunmalıdır və qanunlar toplusunda hansısa bölgənin, şəhərin ayrılması ilə bağlı maddə yoxdur.
Qeyd edək ki, İraq Baş naziri Heydər Abadi sentyabrın 25-də Kürd Muxtariyyətində keçirilən referendumun ölkə konstitusiyasına zidd olduğunu bildirərək, məhkəməyə müraciət etmişdi.
Şərhlər