Ey Almaniya! Hanı mətbuat azadlığı?

01.08.2015 11:23     Dünyadan reaksiya     2165

Xəbər verdiyimiz kimi, Almaniyada gizli sənədləri nəşr edən iki jurnalist vətənə xəyanətlə günahlandırır.

Almaniya Federal Prokurorluğu netzpolitik.org adlı internet portalında çalışan iki jurnalist barəsində cinayət işi açıb.

Prokurorluq eyni zamanda sözügedən sənədi jurnalistlərə çatdıran mənbə üçün də istintaqa başladığını, ancaq bu ittihamda həmin şəxslərin vətənə xəyanətdə günahlandırılmadığını bildirib. Araşdırmaya münasibət bildirən günahlandırılan Markus Beckedahl hökuməti NSA qalmaqalını yatırmaqda və həqiqətləri örtməyə çalışmaqda günahlandırıb.

Almaniyada son dəfə mətbuata qarşı 1960-cı illərdə “Spiegel” jurnalına vətənə xəyanət ittihamı ilə cinayət işi açılmışdı. Ancaq “Der Spiegel” jurnalının əməkdaşları haqqındakı iddialar məhkəmədə sübut edilə bilməmişdi . Almaniyada vətənə xəyanət cinayətinə görə bir ildən ömürlük həbsə qədər cəza verilə bilər. Claudia Roth səssizliyini qoruyur. Hər fürsətdə Türkiyədə mətbuat azadlığının olmadığı ilə bağlı bəyanatlar verən Almaniya Yaşıllar Partiyasının deputatı Claudia Roth hələ də səssizliyini qoruyur.

Qeyd edək ki, martda 20-ci Türk-Alman Film Festivalı üçün Türkiyəyə gedən Roth "Mətbuat azadlığı olmayan ölkədə demokratiya yoxdur. Demokratiya olmayan ölkədə isə insan haqlarından söz gedə bilməz. Hazırda Suriyada olmadığı kimi" sözlərini demişdi. “İnsan düşündüyünü səsli şəkildə söyləyə bilər. Bu haqdan hər kəsin istifadə etməyində bir problem yoxdur. Öz ölkəmizdə yaşayan insanlar danışmaqdan, yazmaqdan qorxursa, hamımız üçün “təhlükə başlayıb” deməkdir"- deyə Claudia Roth bildirmişdi.

 

Şərhlər

Çox oxunanlar