Sinay Yaxın Şərqin yeni terrorizm ocağıdır

28.11.2017 12:11     Dünyadan reaksiya     1814

Sinay yarımadasının şimalında, sufi məscidində törədilən terror aktı Misir tarixinin ən qanlı hadisələrindən biridir.

300-dən artıq insanın ölümü, 100-dən artıq adamın yaralanması ilə nəticələnən qanlı hücumda 40-dan artıq terrorçunun iştirak etdiyi məlumdur.

Bu aktın Misirdə sufilər arasında populyar sayılan “Ər Raud” məscidində həyata keçirilməsi ayrıca diqqət mərkəzində qalıb.

Qeyd olunur ki, sufilik radikal dinçilər tərəfindən bidət təlim hesab olunur, həmin cərəyanın nümayəndələri isə həm İŞİD, həm Əl Qaidə, həm “Müsəlman qardaşları” kimi təşkilatların mənubları tərəfindən təqib edilir.

Картинки по запросу Теракт в мечети Египта

Xarici mediada yer alan təhlil yazılarında bir vaxtlar sabitliyin hökm sürdüyü Sinay yarımadasının artıq bütün Yaxın Şərqdə yeni terror ocağına çevrildiyi qeyd olunur.

Qərb ananlitikləri Ər Raud məscidində törədilən terrorun Misir prezidenti Əbdürrəhman əs-Sisinin Sinay yarımadasında apardığı antiterror kampaniyasının uğursuzluğa düçar olması kimi dəyərləndirirlər.

Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq siyasəti üzrə institunun (Tahrir Institute for Middle East Policy) məlumatlarına əsasən 2013-cü ilin iyunundan bu yana terrorizmə qarşı mübarizədə 1000-dən çox Misir hərbçi və polisi həlak olub.

Yalnız 2017-ci ili ilk rübündə burada 130 dan artıq terror aktı gerçəkləşdirilib.

Картинки по запросу вилаят синай

Misir jurnalisti Mona əl Tahaui “The New York Times”-da yazdığına görə, Misir prezidenti əs-Sisi öz sələfləri Hüsnü Mübarək və Məhəmməd Mursi kimi Sinay yarıamadasını tam nəzarət altına ala bilməyib. Misirin təhlükəsizlik gücləri yerli coğrafi şərtləri pis tanıyırlar. Rəsmi məqamların bədəvi tayfaları görməyə gözləri yoxdur və Sinay əhalisi ilə dolana bilmirlər”.

Böyük Britaniyanın “The Independent” qəzetinin jurnalisti Robert Fisk isə Sinay yarımadasında baş verənləri Suriyadakı vətəndaş müharibəsinin balşanğıcını xatırlatdığını bildirir. “Doğrudur, Misirdə 60 mindən çox terrorçu həbs olunsa da bu ciddi nəticə verməyib. Misir Suriyada əzilən, lakin pozuculuq fəaliyyətini digər ərəb ölkələrinə yönəldən İŞİD üçün yeni istinadgaha çevrilə bilər”.

Analitiklər Asiya və Afrikanın arasında yerləşən Sinay yarımadasının son illərdə nəzarətdən çıxan zonaya çevrildiyini qeyd edirlər. Təxminən 60 min kvadrat kilometrə sahib bu ərazidə əslində 400 mindən çox adam yaşamır. Xüsusilə Ərəb-İsrail savaşından sonra bölgədə geniş miqyaslı qaçaqmalçılıq (qadın, silah, narkotik) üçün “münbit biznes şəraiti” yaranıb.

Картинки по запросу Sinai Peninsula TERROR

Yarımadanın köklü əhalisi bədəvilər ömür boyu tanımadıqları mərkəzi hakimiyyətlə münaqişə içərisində olublar. Onların burada məhz qaçaqmalçılıq və digər qaranlıq əməllər sayəsində ayaqda qalıblar.

1982-ci ildə İsrail qoşunları yarımadanı tərk edən kimi Misir hakimiyyəti bədəviləri yəhudi dövləti ilə kollaborasionizmdə,yəni əlbir olmaqda suçladı və onların dövlət qulluğuna girmələrinə, habelə turustik xidmətlə məşğul olmalarını yasaqladı.

Картинки по запросу Sinai Peninsula beduines

Bu yerli əhali tərəfindən müxtəlif formalarda, o cümldən silahlı müqavimətə yol açdı. Misirdə 2011-ci ildə baş verən və Hüsnü Mübarəkin devirləməsi ilə nəticələnən ərəb inqilabından sonra hökumət qüvvələrinin yarımadaya nəzarət imkanları daha da zəiflədi. İslamçı prezident Məhəmməd Mursinin hakimiyyətinə hərbi yolla son verilməsi bölgəni terrorizm üçün yeni ocağa çevirdi. Təsadüfi deyil ki, Suriya və İraqdakı məğlubiyyətlərin ardından İŞİD silahlıları buraya yerləşməyə başlayıb.

Terrorçuların hədəfində ilkin olaraq yarımadanın əsas iqtisadi gəlir mənbəyi sayıan turistlər olub. 2004-cü ildə qədər Misirin bu guşəsini ildə 400 min israilli turist ziyarət edirmiş. Həmin ildə baş verən qanlı terror hücumları yəhudi turistlərin ayaqlarını bu yerlərdən kəsib.

Картинки по запросу Sinai Peninsula israel tourists

Son illərdə Sinayda xarici turistlərin qaçırılaraq girov götürülməsi, öldürülməsi halları olduqca artıb.

Yarımadada bir-birilə rəqabət aparan bir çox silahlı qrup var. Bunlardan ən böyüyü “Vilayət Sinay” qrupudur. Bu terrorçu təşkilat Sinay yarımadasında, o cümlədən Qahirədə bir çox qanlı hadisələrin məsulliyyətini öz üzərinə götürüb.

2011-ci ildə “Ənsar beyt əl Məqdis” kimi tanınan bu təşkilat 2014-cü ildə adını dəyişib. Həmin il “Vilayət Sinay” İŞİD-ə biət edib.
Məhz bu qrup 2015-ci ilin oktyabrın 31-də Rusiyanın turist səfəri həyata keçirən təyyarəsinə edilən hücumu təşkil edib. Həmin hadisədə 224 insan həlak olmuşdu.

Картинки по запросу Sinai Peninsula TERROR russian airplane

Bundan başqa, yarımadada İŞİD-lə rəqabət aparan digər qlobal terror təşkilatı “Əl Qaidə”nin də “filialları” fəaliyyət göstərir. Bunlardan biri “Cund əl İslam” (İslamın döyüşçüsü) adlanır. Sinayda “Əl Murabitun” (bu da Əl Qaidəyə bağlıdır), “Ənsar əl islam”, “Əcbad Misr” (“Misirin əsgərləri”-İŞİDə tabedir), habelə “Həsm” (“Müsəlman qardaşları”) kimi terrorçu təşkilatlar var.

Картинки по запросу вилаят синай

Bəzi təhlilçilərin fikrincə, terrorun bu bölgədə çiçəklənməsində Misir hakimiyyətinin günahı az deyil. Onların yerli əhali ilə saymazyana davranması meydanın terrorçulara boş buraxılmasına gətirib çıxarıb. Bədəvilər Qahirəni torpaqlarını əllərindən almaqda, həmin yerlərdə otellər tikərək yerli əhalini burada çalışmağa imkan verməməkdə ittiham edirlər. Lakin indi hökumət və yerli əhali daha böyük təhlükəyə-terrora qarşı birləşməyə məcbur qalıblar.

Reaksiya.az

Şərhlər