"Ollandın axmaqlığının əvəzini bütün Fransa ödəyəcək"
01.08.2015 11:52 Dünyadan reaksiya 1982
Rusiya ilə Fransa arasında imzalanan "Mistral" gəmilərinə aid razılaşmanın rəsmi Paris tərəfindən ləğv edilməsini tənqid edən fransızlar prezident Fransua Olland sosial mediadan reaksiya göstərib.
Fransanın Ukrayna böhranını səbəb göstərərək, Rusiyaya zamanında təslim etmədiyi "Mistral" tipli vertolyot gəmiləriylə əlaqədar razılaşmanın ləğvi ilə bağlı rəsmi açıqlamanın növbəti həftə edilməsi gözlənilir.
Sazişin ləğv edilməsi halında Fransa Rusiyaya 1 milyard 200 milyon avro təzminat ödəyəcək. Fransa vətəndaşları razılaşmanın ləğv edilməsi qərarına reaksiyalarını ictimai mediada göstərir.
Nat de Wolf adlı istifadəçisi reaksiyasını sərt bir şəkildə ifadə edib: "Ollandın axmaqlığının əvəzini bütün Fransa ödəyəcək"
Boss Des adlı internet istifadəçi isə, "Gəmilərin təhvil verilməsinin qarşılığı 1 milyard 200 milyon avrodur. Bu, o deməkdir ki, hər Fransa vətəndaşı 20 avro ödəməlidir" sözlərini qeyd edib.
Franck Chouquet adlı başqa istifadəçi də reaksiyasını bu formada dilə gətirib: “Olland 1 milyard 160 milyon avronu haradan tapacaq?"
Jérôme adlı bir Fransız istifadəçi də razılaşmanın ləğvilə əlaqəli bu şərhi verib: "Fransa Ollandın bacarıqsızlığı ucbatından pul itirir".
Şərhlər