Putin: Qüdsün paytaxt olduğu Fələstin qurulmalıdır

29.11.2017 12:16     Dünyadan reaksiya     1484

Rusiya Fələstin xalqının öz müqəddəratını təyinetmə haqqına dəstək verir.

Bu sözlər Rusiya Prezidenti Vladimir Putinin Fələstin lideri Mahmud Abbasa göndərdiyi məktubda yer alıb. Məktubda Putin İsrailin 1967-ci ildən bu yana davam edən ərəb torpaqlarının işğalını dayandırması və Şərqi Qüdsün paytaxt olduğu Fələstin dövlətinin yaradılması gərəkdiyini bildirib.

O, həmçinin, Rusiyanın Fələstinlə iqtisadi əlaqələrini gücləndirməyə hazır olduğunu söyləyib.(axar)

Reaksiya.az

Şərhlər