ABŞ İrana qarşı mühüm sənəd yayacaq
14.12.2017 11:41 Dünyadan reaksiya 1386
ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli bu gün İranın Yaxın Şərq və ətrafındakı bölgələrdə qeyri-stabillik yaradan fəaliyyəti haqqında hesabat təqdim edəcək.
Bu barədə informasiyanı ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi yayıb. Heyli İran haqqında hesabatını Bakı vaxtı ilə 20:30-da təqdim edəcək.
Qeyd edək ki, bundan öncə NBC telekanalı ABŞ hökumətinin İranın Yəməndəki husiləri raketlərlə təchiz etdiyi haqqında məlumatlar yayacağını bildirmişdi(axar)
Şərhlər