İŞİD nazirlərə hücumun görüntülərini yaydı

22.12.2017 15:03     Dünyadan reaksiya     1521

İŞİD terror qruplaşmasının Sinay yarımadasının şimalında yerləşən Ariş şəhərinin aeroportunda helikopteri məhv etməsinin görütüləri yayılıb.

videoçarx İŞİD-ə yaxın informasiya resurslarında dərc edilib.

Qeyd edilir ki, hadisə Misirin müdafiə naziri Sıdkı Sübhi və daxili işlər naziri Maqdi Abdel Qafarın şəhərə gəldiyi zaman baş verib.

Xatırladaq ki, dekabrın 19-da misirli nazirlər Ariş şəhər aeroportunda İŞİD terrorçuları tərəfindən hücuma məruz qalıb. Terrorçular hökumət üzvlərini müşayiət edən "Apache AH-64" helikopterini tank əlehinə raket kompleksi olan "Kornet"lə atəşə tutublar.

Hücum nəticəsində helikopterdə olan 2 hərbçi və bir pilot həyatını itirib. Hadisədən dərhal sonra ərazidə başlayan xüsusi əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Atışma nəticəsində Misir ordusu daha bir zabitini itirib.

Reaksiya.az

Şərhlər