İbadi: "PKK İraqda yox, Türkiyə torpaqlarındadır"
02.08.2015 04:59 Dünyadan reaksiya 2545
Türkiyənin Şimali İraqdakı PKK düşərgələrinə qarşı həyata keçirdiyi hava hücumlarına növbəti dəfə reaksiya verən İraqın baş naziri Heydər Əl İbadi bildirib ki, PKK Türkiyə torpaqlarında fəaliyyət göstərir: "Bizim torpaqlarımızda PKK - yə qarşı hücumu qəbul etmirik".
İbadi İraqdakı qubernator və Vilayət Məclisi sədrlərinin qəbulu zaman verdiyi açıqlamada bildirib ki, ölkəsinin torpaqlarını Türkiyəyə qarşı istifadə edilməsini qəbul etməyəcəklər: "Türkiyə və ya hər hansı bir ölkə ilə düşmənçilik üzərində qurulan siyasət izləımirik və izləmək fikrində də deyilik. Türkiyənin təhlükəsizliyində hər bir problemin yaranmasını da istəmirik. Bizə qarşı da qonşu ölkələrdən eyni həssaslığı gözləyirik. Türkiyə bu gün İraq torpaqlarını hədəfə alıb".
"PKK bizdə yox,Türkiyə torpaqlarında fəaliyyət göstərir"
İbadi fikriniuj belə tamamlayıb: "Türkiyənin İŞİD - ə qarşı beynəlxalq koalisiyaya qoşulmaq qərarı aldığı ilk gündən etibarən PKK-nın fəaliyyət göstərdiyinə görə torpaqlarımıza hücum etməsini düzü anlamıram. Çünki terror aksiyaları Türkiyənin içində baş verib. Əgər bizim ölkəmizdə hər hansı bir cinayət baş versəydi, Türkiyənin bu əməliyyatlarına əsla etiraz etməzdim".
Şərhlər