Almaniyada mətbuat azadlığı pozulur

02.08.2015 07:19     Dünyadan reaksiya     2319

Almaniyada "vətənə xəyanət"də günahlandırılan jurnalistlərə dəstək aksiyası keçirilib

 
Almaniyada haqqlarında "vətənə xəyanət" ittihamı ilə cinayət işi açılan Netzpolitik adlı internet portalının əməkdaşları Andre Meister və Markus Beckedahlə dəstək məqsədi ilə aksiyası keçirilib.
"Əsas hüquqlar və mətbuat azadlığı" adı altında keçirilən aksiya paytaxt Berlinin Friedrichstrasse qatar stansiyasından başlayıb və Ədliyyə Nazirliyinin qarşısında başa çatıb.
Almaniyada yaşayan bəzi Türklərin də dəstək verdiyi aksiyada təxminən min nəfər iştirak edib. Aksiyada "Vətənə xəyanət mi?" "Bu cür çaxnaşma yaradanların demək ki, gizlətmək istədikləri çox şey var", "Markus Beckedahl bizim həyatımızı dəyişdirdi", "Mətbuat azadlığı olmadan demokratiya olmaz" şüarları səsləndirilib.
"Yolumuza davam edəcəyik'
Markus Beckedahl aksiyada etdiyi etdiyi çıxışda iki gün əvvələ qədər normal bir həyat yaşadığını, ancaq haqqında cinayət işi açıldıqdan sonra həyatının çox dəyişdiyini bildirib.
Andre Mesiter də istintaqın onları yollarından döndərə bilməyəcəyini bildirib: "Qorxmadan yolumuza davam edəcəyik".
 

Şərhlər

Çox oxunanlar