“Rusiya hərbçilərinin Türkiyədə yerləşdirilməsindən söhbət gedə bilməz”
04.01.2018 16:00 Dünyadan reaksiya 1616
“Bunu Rusiya hərbçilərinin Türkiyə ərazisində dislokasiya olunması kimi dəyərləndirmək düzgün deyil”.
Reaksiya.az “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Adminstrasiyasının sözçüsü İbrahim Kalın “S-400” zenit-raket kompleksi ilə birlikdə Türkiyəyə Rusiya hərbçiləri də gələcəkmi” sualını cavablandırarkən deyib.
O vurğulayıb ki, Türkiyədə Rusiya hərbçilərinin yerləşdirilməsindən söhbət gedə bilməz: “Ancaq texniki əməkdaşlıqla bağlı məlumat əldə etməyə ehtiyac olacaq. ABŞ-da bildirdilər ki, “Patriot” sata bilərlər, amma texnologiya ilə əlaqədar paylaşım etməyəcəklər. Əgər həmin “Patriot”larla bağlı müzakirələr bitsəydi, onda biz həmin hərbi texnikadan istifadə edərdik. Bu çərçivədə Fransa və İtaliya konsorsiumu ilə “Eurosan”a dair müqaviə imzalamışıq”.
İ.Kalın bildirib ki, “S-400”-lərin alınmasını Ankaranın Moskvaya yaxınlaşması kimi qiymətləndirmək də qəbuledilməzdir: “Türkiyənin yalnız bir ittifaq bölgəsi ilə (NATO-nu nəzərdə tutur - “Report”) anlaşma imzalamasını və əməkdaşlıq etməsini gözləmək də düz olmazdı”.
Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi alması ilə bağlı müqavilə ötən ilin dekabrın 29-da imzalanıb. Müqavilənin dəyəri 2,5 milyard dollardır.
Şərhlər