Şərqin yeni ordusu quruldu

09.01.2018 12:34     Dünyadan reaksiya     1576

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman yeni ordu qurub.

“Əl Səif əl Əcrab” adlı xüsusi təyinatlı ordunun 5000 nəfərdən ibarət olduğu bildirilib.

“Sabq” və “Əl-Marsad” nəşrlərinin verdiyi xəbərə görə, noyabr ayında kral ailəsinin şahzadələrin, nazirlərin və digər dövlət əhəmiyyətli şəxslərin həbsi məhz bu ordunun vasitəsilə həyata keçirilib.

Ordu 2015-ci ildə taxta çıxan kral Əbdüləzizin əmri ilə qurulsa da, birbaşa olaraq onun oğluna xidmət edir və sadəcə onunla hesablaşır. Orduya xüsusi şərtlərlə seçilən əsgərlər ali səviyyəli hərbi təlimlər aldıqdan sonra xidmət etmək haqqı qazanırlar.

Qeyd edək ki, bu ordunun adı tarixdə ikinci Səudiyyə Ərəbistanı dövlətinin qurucusu kimi qalan Türki ibn Abdullah ibn Məhəmməd əl-Suudun istifadə etdiyi qılıncın adından götürülüb. “Əl Səif əl Əcrab” ərəbcədən tərcümədə “qılıncdan keçirilənlərin qanı ilə paslanmış qılınc” deməkdir.

Reaksiya.az

Şərhlər