ABŞ və Yaponiya KXDR-ə təsiri gücləndirəcək
09.01.2018 13:34 Dünyadan reaksiya 1458
“ABŞ və Yaponiyanın müdafiə nazirləri Ceyms Mettis və İtsunori Onodera telefon danışığı vasitəsilə KXDR-in məsuliyyətsiz və qeyri-qanuni fəaliyyətini, o cümlədən Amerika-Yaponiya əməkdaşlığına dair bir sıra məsələləri müzakirə ediblər”.
Bu barədə Pentaqonun rəsmi nümayəndəsi Dana Uayt bəyan edib.
“Mettis və Ondera Şimali Koreyanın məsuliyyətsiz və qeyri-qanuni fəaliyyətini müzakirə ediblər”, - deyə Uayt bildirib.
O əlavə edib ki, nazirlər həmçinin Şimali Koreyanın siyasi kursunun dəyişdirilməsi, Pxenyanın provokasiya və təhdidlərdən çəkinməsi üçün ona təsirin gücləndirilməsi məsələsini də müzakirə ediblər.
“Nazirlər eyni zamanda KXDR-in nüvə və raket proqramından imtinasının mühüm məsələ olması barədə düşüncələrini bölüşüblər”, - deyə Uayt qeyd edib.
Şərhlər