Rusiya Gəncə diviziyasını bərpa edir

04.06.2015 16:55     Dünyadan reaksiya     772

Rusiya Müdafiə Nazirliyi hava-desant qoşunlarının Ulyanovsk briqadasının bazasında qvardiya desant-hücum diviziyasını bərpa edir. ANS PRESS-in məlumatına görə, bu barədə TASS agentliyi Baş qərargaha istinadla məlumat yayıb. 

“Ulyanovsk briqadasından Sovet İttifaqı zamanı öz rəşadəti ilə tanınan 104-cü qvardiya desant-hücum diviziyasını yaratmaq haqda qərar verilib. Sovet İttifaqı dövründə bu qvardiya Kirovabadda (Azərbaycanın İndiki Gəncə şəhəri) yerləşirdi”, deyə agentliyin mənbəsi bildirib. 

Məlumata görə, yeni birləşmə 3 bölükdən ibarət olacaq. Bunlar Ulyanovsk, Engels və Orenburqda olacaq. 

Hələlik diviziyanın nə vaxt yaradılacağını dəqiqləşdirməyib.

Qeyd edək ki, 104-cü diviziya 1946-cı ildə yaradılıb. Diviziya Əfqanıstan, Çeçenistanda döyüşlərdə iştirak edib, Abxaziya və Yuqoslaviyada sülhməramlıların tərkibində olub. 

1933-cü ildə diviziya Azərbaycandan çıxarılaraq, tam olaraq Ulyanovsk və Polivna qəsəbəsinə köçürülüb. Diviziya 1998-ci ildə buraxılıb. 

Şərhlər

Çox oxunanlar