İran XİN: ABŞ-ın yeni sanksiyalarına adekvat cavab verəcəyik
13.01.2018 16:02 Dünyadan reaksiya 1394
İran ABŞ-ın düşmənçilik hərəkətlərinə qarşı tədbirlər görəcəyini və müvafiq şəkildə cavab verəcəyini bəyan edib.
Bu barədə şənbə günü İran XİN-nin saytında yerləşdirilən bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Laricaninin (İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani nəzərdə tutulur-red) sanksiyalar siyahısına daxil edilməsinə görə ABŞ-nın qanunsuz hərəkətləri beynəlxalq hüququn pozulmasıdır və şübhəsiz ki, İran buna ciddi reaksiya verəcək.
Bundan başqa, bəyanatda vurğulanır ki, mövcud sanksiyalar siyahısına bir neçə iranlının əlavə edilməsi haqqında ABŞ-ın qərarı böyük İran xalqına qarşı davam edən düşmənçiliyin sübutudur.
Xatırladaq ki, bundan əvvəl ABŞ İranın Məhkəmə Sisteminin rəhbəri ayətullah Sadiq Amoli Laricanini sanksiyalar siyahısına daxil edib.
Şərhlər