Kölgə qoşunları: ABŞ-ın Afrikada görünməz, lakin gerçək müharibəsi

13.01.2018 16:33     Dünyadan reaksiya     2028

Afrika qitəsində gerçək, lakin əsasən gizli qalan bir müharibə gedir. Bu, Birləşmiş Ştatları, güclənmiş Rusiyanı və yüksələn Çini əhatə edir. Müharibənin nəticəsi qitənin gələcəyini və onun qlobal mənzərəsini müəyyən edəcək.

İttihamı ABŞ prezidenti Donald Trampa, onun dəyişkən gündəliyinə və çılğın açıqlamalarının üstünə atmaq asandır. Lakin həqiqət bundan ibarətdir ki, ABŞ-ın Afrikadakı hazırkı hərbi genişlənməsi yanlış istiqamətdə atılan növbəti addımdır. Bu on il öncə ABŞ prezidenti Corc Buş və xələfi Barak Obama tərəfindən həyata keçirilən strategiyanın bir hissəsidir. 

2007-ci ildə ABŞ terrora qarşı müharibə bəhanəsilə Birləşmiş Ştatlar Afrika Komandanlığını (AFRİCOM) qurmaqla Afrikadakı müxtəlif hərbi əməliyyatlarını birləşdirdi. İlkin büdcəsi yarım milyard dollar olan AFRİCOM-un Afrika ölkələri ilə diplomatiya və yardım məsələləri üzrə əlaqələr qurduğu düşünülür. Lakin AFRİCOM son 10 il ərzində hərbi hücumlar və müdaxilələr üçün bir komanda mərkəzinə çevrilib. Buna baxmayaraq, bu rol Trampın ilk ilində daha da pisləşdi. Əslində ABŞ-ın Afrikada gizli müharibəsi var və bu terrorizmə qarşı adı altında aparılır. 

“VİCE News”un xüsusi araşdırmasına görə ABŞ qoşunları hər il Afrikada 3500 təlim və digər hərbi yönümlü fəaliyyətdə olurlar. Bu hər günə 10 akt deməkdir. ABŞ-ın başlıca media orqanları davam edən bu müharibəni nadir halda müzakirə edir. Bu da orduya ölkənin 54 ölkəsinin istənilən birinin stabilliyini pozmaq üçün daha geniş imkanlar verir. 

“Bu gün qeydə alınan illik 3500 əməliyyat rəqəmi on il əvvəlkinə görə 1900% artım deməkdir. Bu ABŞ ordusunun Afrika qitəsindəki fəaliyyətinin nə dərəcədə genişləndiyini bir daha ortaya qoyur”, - deyə “VİCE” yazır. 

Oktyabrın 4-də Nigerdə 4 ABŞ əsgərinin ölümündən sonra ABŞ müdafiə naziri Ceymis Mettis Senatın komitəsinə heyrətləndirici açıqlama verdi: “ABŞ-ın Afrikadakı fəaliyyətinin genişləndiyi bir vaxtda bu rəqəmlərin artması normaldır”. 

Əvvəlki iki kabinetdəki müdafiə nazirləri kimi Mettis də ABŞ-ın hərbi təcavüzünə terrorizmlə müharibə adıyla haqq qazandırmağa çalışır. Lakin bu tipli bəyanatlar sadəcə ABŞ-ın böyük iqtisadi potensiala sahib bir bölgəyə müdaxilə etməsi və oranı istismar etməsi üçün bəhanədir.

Keçmişdə qalan Afrika uğrunda kolonial mübarizə qitənin hələki istifadə edilməyən iqtisadi böyüklüyünün tamamilə fərqində olan qlobal güclər tərəfində yenidən başladılır. Çin, Hindistan və Rusiya Afrikanı tovlamaq üçün müxtəlif səylər irəli sürərkən, ABŞ əsasən öz seçimini hərbdən yana edir. 2012-ci ildə Malidəki çevriliş ABŞ təlimi görmüş ordu kapitanı Amadu Haya Sanoqo tərəfindən həyata keçirildi. 

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2013-cü ildə etdiyi bir çıxışında Afrikada təbii resursların ələ keçirilməsinin, liderləri hakimiyyətə gətirmək və uzaqlaşdırmağın asan olduğu yeni kolonializmin yaranmasına diqqət çəkib. Klinton əlbəttə ki, haqlı idi, lakin o, öz ölkəsindən yox, Çindən bəhs edirdi. 

Çinin Afrikadakı təsirinin artması aydındır və Pekinin əməlləri düzgün olmaya bilər. Lakin Çinin Afrika siyasəti hərbi yönümlü ABŞ siyasətindən daha çox mülki və ticarət meyillidir. 

2013-cü ildə BMT-nin açıqladığı hesabat görə Çin-Afrika ticarət həcmindəki artım fövqəladə dərəcədə böyükdür. 2000-ci ildə 10.5 milyard dollar olan bu rəqəm 2011-ci ildə artıq 166 milyard dollara çatıb və o vaxtdan etibarən də eyni sürətlə artır. 

Ancaq bu artım bir sıra təşəbbüslərlə birləşib və Çindən Afrikaya milyardlarla dollar dəyərində kredit verilməsinə yol açıb. Əsas hissəsi Afrika İstedad Proqramına yönləndirilib. Bu proqram müxtəlif sahələr üzrə 30000 afrikalı mütəxəssisi yetişdirmək üçün başladılıb. Bu halda Çinin 2009-cu ildə Afrikanın ən böyük ticarət ortağı kimi birinci yerə yüksələrək ABŞ-ı geridə qoymağı təəccüb doğurmamalıdır. 

Lakin Klintonun nitqində toxunduğu əsl istismar ABŞ-ın Afrikaya qarşı davranış və yanaşmasında özünü göstərir. Ötən sentyabrda BMT-də 9 afrikalı liderlə nahar edən Tramp yemək zamanı qərb liderlərinin əsrlərdir Afrikaya istismar yanaşmasını ilhamlandıran bir ifadə tərzi ilə ünsiyyət qurub. O, mövcud olmayan bir “Nambia” dövlətini uydurduqdan qısa müddət sonra Afrika ölkələrinə varlanmaq üçün gedən bir neçə dostundan qürurlanıb. Tramp afrikalı liderləri təbrik edərək bildirib ki, onlar çox pul xərcləyirlər. Növbəti ayda isə Tramp ABŞ-ın terrorla mübarizədə partnyoru olan Çad vətəndaşlarının ABŞ-a səfər etməyinə qadağa qoydu. 

Afrikanın 22 ölkəsinin əhalisinin əksəriyyətinin müsəlmanların təşkil etdiyini nəzərə alan ABŞ hökuməti Afrikada hər hansı bir uzun müddətli diplomatiyadan yayınaraq hərbi vasitəsəyə əl atır. ABŞ hərbi müdaxiləsi hansısa əhatəli siyasi yanaşmasının bir hissəsinə bənzəmir. ABŞ-ın ticarət və siyasi rəqabət də daxil olmaqla hər növ problemə hərbi həll yolunu düşünməsi qarışıq olduğu qədər, həm də təhlükəlidir. 

Bunu Rusiyanın Afrikaya strateji yanaşması ilə qarşılaşdıraq. Qitə ilə tarixi dostluğunu yenidən bərpa edən Rusiya Çinin inkişaf və əlverişli ticarət şərtləri əldə etməyə yönələn strategiyasını izləyir. Lakin Çinin əksinə olaraq Rusiyanın silah ixracatını nəzərdə tutan genişmiqyaslı gündəliyi var. Moskva üçün Afrika Rusiyanın BMT-dəki mövqeyini möhkəmləndirəcək siyasi bir partnyor kimi çox əhəmiyyətlidir.

Aşkar qlobal rəqabətdən xəbərdar olan bəzi afrikalı liderlər on illər əvvəl ənənəvi müstəmləkəçiliyin bitməsindən sonra Afrikanın əksəriyyətinə nəzarət edən həmişəki qərb sistemindən kənarda yeni müttəfiqlər tapmağa çalışırlar.

Bunun sadə nümunəsi kimi Sudanı göstərə bilərik. Sudanın prezidenti Ömər əl-Bəşir noyabr ayında Rusiyaya səfər edərək Vladimir Putinlə görüşüb. “Biz bu ziyarəti uzun müddətdir ki, arzulayırdıq. Bizim ABŞ-ın təcavüzkar aktlarından müdafiəyə ehtiyacımız var”, - deyə əl-Bəşir bildirib. Arzu edilən “müdafiə” Rusiyanın Sudan ordusunu modernləşdirməsi ilə bağlı vədini də ehtiva edir.

Rusiyanın Afrikada üstünlük qazanmasından ehtiyatlanan ABŞ isə hərbi strategiya və az miqdarda diplomatiya ilə vuruşur. ABŞ-ın qitədə davam etməkdə olan mini müharibəsi qitəni zorakılığa və korrupsiyanın pik həddinə qaldıracaq. Bu ola bilsin ki, Vaşinqton üçün uyğundur, lakin milyonlarla insanı səfil halına salacaq.

Şübhəsiz ki, Afrika artıq qərblilərin istismar etməsi üçün istifadə olunan bir “zəmi” deyil. Lakin Afrikanın və onun 54 dövlətinin irqçilik, iqtisadi istismar və hərbi müdaxilələrə əsaslanan lovğa neokolonial zehniyyətdən tamamilə azad olması üçün hələ də uzun bir dövrə ehtiyacı var.(ordu.az)

Reaksiya.az

Şərhlər