Talibanın yeni lideri mesaj verdi: - "Sülh nədir?"
02.08.2015 09:55 Dünyadan reaksiya 2779
Radikal dinçi Taliban terror təşkilatının yeni lideri Molla Ahtar Məhəmməd Mansur əfqan hökuməti ilə sülh müzakirələrini rədd edərək, ölkədə 'İslami rejim qurulana kimi" silahlı mübarizəyə davam edəcəklərini açıqlayıb.
Taliban lideri kimi seçildiyi yığıncaqda etdiyi çıxışın səsyazısı təşkilat spikeri Zabiullah Mücahid tərəfindən mətbuata göndərilən Mansur əfqan hökumətinin sülh müzakirələrinin başlaması və Taliban nümayəndələri ilə görüşdükləri ilə bağlı təğliğat apardığını müdafiə edib.
Mansur bildirib ki, bu sülhlə əlaqədar aparılan təbliğatı dinləməyəcəklər: Bizim Cihadımız ölkəmizdə İslami rejimin təmin edilməsinə kimi davam edəcək".
Taliban militanlarını da itaətə dəvət edən Mansur hamını ona itaət etməyə dəvət edib.
Xatıtrladaq ki, Əfqanıstanın cənubunda Talibanın təsirinin güclü olduğu Qəndəhar şəhərində 1960-cı illərdə dünyaya gələn Molla Mansur Talibanın keçmiş lideri Molla Ömərin sağ qolu olub.
Şərhlər