Ukrayna silahdan imtina etmir: - Yeni addım "Müsəlman batalyonu"

02.08.2015 17:24     Dünyadan reaksiya     2566

Ukraynanın şərqindəki qarşıdurmaları heç cür qarşısını ala bilməyən və Minsk müqaviləsinin öhdəliklərini yerinə yetirməyən Kiyev rəhbərliyi gərginliyi artıracaq addımlar atmağa davam edir.
Ankaradakı 2. Dünya Krım Tatar Konqresində çıxış edən Ukrayna prezidentinin Krım Tatar əlaqələri üzrə müşaviri Mustafa Cemilov Ukrayna rəhbərliyinin müsəlman əsgərlərdən ibarət bir batalyon qurmaq qərarı aldığını açıqlayıb.
Cemilov taburun Ukraynanın Krım sərhədindəki Herson Bölgəsində mövqe tutacağını ifadə edib.
Ukrayna Müdafiə Nazirliyinin qərarı qurulacağı açıqlanan müsəlman taburunda Krım Tatarları, Kazan tatarları, özbəklər, çeçenlər, azərbaycanlılar, Axısqa türkləri ilə Ukraynada yaşayan digər müsəlman etnik qrupların yer alacağı ifadə edilir.
Batalyonu Krım ilə Ukrayna arasında insan və yük daşıyıcısına nəzarət etmək məqsədiylə qurulacağı qarşıya qoyulur.

Şərhlər

Çox oxunanlar