Yaponiya KXDR tərəfindən hücum olacağı təqdirdə təxliyəyə hazırlaşır

16.01.2018 12:46     Dünyadan reaksiya     1590

Yaponiya hökuməti Koreya yarımadasında gözlənilməz vəziyyət yaranacağı təqdirdə özünün və ABŞ vətəndaşlarının dəniz vasitəsilə Tsuşima adasına təxliyəsi barədə planın müzakirəsinə başlayıb.

Bu barədə hökumətdəki mənbələrə istinadla “Yomiuri” qəzeti məlumat yayıb.

Plan Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən hücum nəticəsində fövqəladə vəziyyət yaranacağı təqdirdə Seul aeroportunun fəaliyyətinin dayanacağı nəzərə alınaraq tərtib edilib. Belə olacağı halda Cənubi Koreyada olan Yaponiya və ABŞ vətəndaşları Pusan limanına təxliyə olunaraq oradan özünümadafiə qüvvələrinin gəmiləri vasitəsilə Tsuşima adasına çatdırılacaqlar. Bundan sonra onların Kyuşu adasına aparılması nəzərdə tutulur.

II Dünya müharibəsi hadisələrinin hələ də yaxşı xatırlandığı Cənubi Koreyada Yaponiya gəmilərinə bu ölkənin limanlarına daxil olmaq icazəsi verilmir. Buna görə də yapon hərbi gəmilərinin həm Yaponiya, həm də Cənubi Koreyanın müttəfiqi olan ABŞ gəmiləri vasitəsilə təxliyə əməliyyatında iştirakı nəzərdə tutulur.

Nəşrin bildirdiyinə görə, plan artıq reallaşma mərhələsinə qədəm qoyub. Belə ki, Tsuşima adasına hökumət məmurlarından ibarət nümayəndə heyəti göndərilib. Onun vəzifəsi adanın təxliyə olunanları yerləşdirmək imkanlarını araşdırmaqdır.

Reaksiya.az

Şərhlər