Afrində 5 cihadçı təşkilat YPG-yə müharibə elan edib - FOTOLAR
02.08.2015 18:07 Dünyadan reaksiya 2195
Demokratik Birlik Partiyasının (PYD) elan etdiyi Afrin tampon bölgəsində YPG ilə Əl Qaidənin Suriya təşkilatı olan Nusra Cəbhəsi arasında dəhşətli qarşıdurmalar yaşanarkən, Əhraruş Şamın da aralarında olduğu 5 cihadçı təşkilat YPG -yə qarşı müharibə elan edib.
Nusra Cəbhəsi ilə birlikdə ortaq bir yazılı açıqlama verən YPG - yə qarşı müharibə elan edən təşkilatlar, yenə qurucusu keçmiş bir Əl-Qaidə rəhbəri olan Əhraruş - Şam, Fəylak Əş Şam, Fəcr Ər Şam, Suvar Əş Şamdan ibarətdir. Açıqlamada qərarın səbəbinin Afrinin cənubunda YPG -nin bəzi təpələrə hakim olması göstərilib.
Digər tərəfdən Afrində YPG ilə Nusra Cəbhəsi arasında qarşıdurmaların davam etdityi bildirilib. Nusranın Afrinə gedən yolları ələ keçirmək üçün hücumlar etdiyi ifadə edilərkən, şəhərin cənubu, cənub-şərqi və Əziz-Afrin arasında isə 5 cihadçı təşkilat ilə YPG arasında qarşıdurmaların yaşandığı gələn məlumatlar arasındadır.
Məsələ ilə bağlı açıqlama verən Afrin Tampon Bölgəsi müdafiə naziri Abdo İbrahim Şereva və Cındıres bölgəsində YPG ilə Nusra Cəbhəsi arasında şiddətli olmasa da, bəzən qarşıdurmalar yaşandığını söyləyib. İbrahim qarşıdurmalara görə YPG - nin bölgəyə təzyiqlər etdiyini də dilə gətirib.
Şərhlər