Türkiyədən ABŞ-a sərt xəbərdarlıq

17.01.2018 11:37     Dünyadan reaksiya     1661

Suriyanın şimalında PKK-PYD qruplaşmalarının təşkil edəcəyi “Sərhəd Təhlükəsizlik Qüvvələri”nin yaradılacağı halda Türkiyə-ABŞ münasibətləri geri dönüşü olmayan bir mərhələyə qədəm qoyacaq.

Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Reks Tillersonla görüşü zamanı deyib.

Çavuşoğlu Tillersonla görüşdə ABŞ-ın YPG-yə dəstək göstərməsi və Fətullah Gülənin Türkiyəyə qaytarılmaması kimi vacib məsələlərin müzakirə edildiyini bildirib.

Çavuşoğlunun baş verənlərin Türkiyə-ABŞ münasibətlərinə ağır zərbə vuracağını söyləməsinə Tillerson cavab olaraq mətbuatda gedən xəbərlərə güvənməməyi məsləhət görüb. Türkiyə XİN rəhbəri Tillersona yayımlanan xəbərlərin sadəcə mətbuatın işi olmadığını, bəzi xəbərlərin ABŞ komandirlərinin çıxışlarına istinad edildiyini söyləyib.

“Biz münasibətlərin həmin mərhələyə getməsini arzu etmirik, ancaq o nöqtəyə qədər getsə, çox ciddi qarşılığı olacaq”, - Çavuşoğlu deyib.

Çavuşoğlu həmçinin Afrin əməliyyatı barədə danışıb:

“Afrində olan YPG-PKK terrorçularının həm İdlibdəki müşahidəçilərimizə, həm “Fərat qalxanı” bölgəsindəki əsgərlərimizə, həm Azad Suriya Ordusu üzvləri, həm də Türkiyə istiqamətində hücumlarına qarşılıq verəcəyimizi bəyan edərək, qarşımıza heç kimim çıxmamalı olduğunu bildirdik”.

Reaksiya.az

Şərhlər