Rusiyaya vurulacaq ən güclü zərbənin TARİXİ AÇIQLANDI
17.01.2018 11:43 Dünyadan reaksiya 1824
ABŞ-ın Rusiyaya qarşı ən güclü sanksiyaları yanvarın 29-da elan ediləcək.
Bu haqda ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman bildirib.
Neçə nəfərin ABŞ-ın yeni sanksiyalarına məruz qalacağına gəlincə, səfir dəqiq cavab verməyib. O əlavə edib ki, yeni sanksiyaların Rusiya-ABŞ münasibətlərinə təsir edəcəyi şübhə doğurmur.
Daha əvvəl Ağ Evdə brifinq zamanı ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirdi ki, onun idarəsi Rusiya barəsində yeni sanksiyalar üzərində işləyir. ABŞ tezliklə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərinə qarşı yeni sanksiyaları tətbiq edəcək.
Eyni zamanda, Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, ABŞ administrasiyası Konqresə Rusiyanın ali rəhbərliyinə yaxın məmurlar və biznesmenlərin siyahısını təqdim etməyə hazırlaşır. Onların sayı 50-dən çox, ailə üzvlərinin sayı ilə birlikdə isə 300-ə qədər ola bilər.
Şərhlər