Sablin: İŞİD faşist Almaniyasını belə keçib

04.06.2015 17:28     Dünyadan reaksiya     936

Suriyadan qayıdan rus parlamentarilər heyəti mətbuat konfransı təşkil edib. Heyətin rəhbəri Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Dmitri Sablin, mətbuat konfransından sonra Suriyadakı vəziyyətə bağlı təəssüratlarını və fikirlərini Rusiyanın “Sputnik” Xəbər Agentliyinin müxbiri ilə söhbətləşib.

-Bu ziyarətdən sonra Suriyadakı vəziyyətlə bağlı fikirlərinizdə hər hansı bir dəyişiklik oldumu?

-Heyətimizin Suriya ziyarətindən sonra sözdə Xilafətin, digər adı ilə İŞİD - in təhdidini fərqli qəbul etməyə başladım. Çünki İŞİD, bir il əvvəl tamamilə fərqli səviyyədə idi. Keçən il, əslində bir-biri ilə ziddiyyət təşkil edən bir terrorist qruplaşma idi. Bu gün isə həqiqətən də 'İslam dövləti' xüsusiyyətlərinə sahib hala gəlib. Fərqli fikirdə olanları yox etmək istəyən İŞİD - i, bəlkə də faşist Almaniyasını belə geridə qoyub. İŞİD - in Qərbdən dəstək gördüyü fərq edildi. Bu, 1930-cu illərdə də yaşanmışdı; Qərb ölkələri, Sovetlər Birliyinə qarşı faşistləri yönəltmək üçün onları dəstəkləmişdi. İndi də Rusiya və Çinin başını ağrıtmaq üçün İŞİD - i Orta Asiyaya istiqamətləndirməyə çalışırlar.

-Qərb ölkələri bu planı həyata keçirə bilərmi?

-Bu planın gözlənilməz nəticələrə səbəb ola biləcəyini düşünürəm, çünki İŞİD - in gələcəkdə hara çevriləcəyi müəyyən deyil. İŞİD - i üzvlərinin böyük bir qisiminin MDB ölkələrindən yox, Avropa ölkələrindən olduğunu unutmayaq. İŞİD - in gələcəkdə, ABŞ-ın müttəfiqləri Qətər və Səudiyyə Ərəbistanına yönəlik nə edəcəyini hələ ki, bilmirik. Çünki əgər İŞİD, Suriya və İranın güclü müqaviməti ilə qarşılaşmağa davam edərsə, digər ölkələrdə özünə tərəfdar və məkan axtarmaq məcburiyyətində qalacaq. Bu səbəblə Qərb ölkələrinin yerində olsam, bu ssenariləri də nəzərə alardım.

-Bəs Rusiya nə etməlidir?

-Rusiya, İŞİD - i diqqətlə təqib etməlidir. Suriyaya yardım əsla kəsilməməlidir. Suriyadakı praqmatik çıxarlarımızdan hərəkət etməliyik. Rusiya üçün nələrin zəruri olduğunu nəzərə almaq məcburiyyətindəyik. Rusiya, böyük insani ənənələrə və prinsiplərə sahib bir ölkədir. İŞİD və digər aktorların reallaşdırdığı insanlıqdan kənar edamların başa çatması Moskvanın kömək etməsi lazımdır. Ortodoks xristianlar daxil olmaqla, bütün Suriyalılara dəstək verməliyik.

Şərhlər

Çox oxunanlar