Demokratların Senatdakı lideri Donald Trampı qurumların bağlanmasında ittiham edib
20.01.2018 13:19 Dünyadan reaksiya 1633
"ABŞ-ın federal qurumlarının bağlanmasına görə bütün günah ölkə prezident Donald Trampdadır".
Bunu Demokratlar Partiyasının ABŞ Senatındakı lideri Çak Şumer deyib.
"Məhz D.Tramp istəmədiyi üçün respublikaçı əksəriyyət büdcə məsələsində demokratlarla razılaşmayıb", - Ç.Şumer bildirib.
Ç.Şumer həmçinin bu gün danışıqları bərpa etməyə çağırıb.
Qeyd edək ki, ABŞ-ın federal qurumları maliyyələşdirilmənin kəsilməsi səbəbilə 2013-cü ildən bəri ilk dəfə fəaliyyətini dayandırıb.
Ağ Evdən bildiriblər ki, baş verənlərə görə Demokratlar Partiyasından olan deputatlar günahkardır.
Şərhlər