Yəməndə Husilərlə ciddi qarşıdurmalar yaşanıb
02.08.2015 22:52 Dünyadan reaksiya 2263
Taiz şəhərində Husilər ilə Hadi tərəfdarı Xalq Müqaviməti qüvvələri arasında çıxan qarşıdurmalarda 6 nəfər ölüb, 70 nəfər yaralanıb
Yəmənin orta hissəsində Taiz şəhərində Ənsarullah hərəkatı (Husilər) ilə prezident Abdurabbu Mansur Hadi tərəfdarı Xalq Müqaviməti qüvvələri arasında çıxan qarşıdurmalarda 6 nəfərin öldüyü, 70 nəfərin yaralandığı bildirilib.
Xalq Müqavimət qüvvələrinin mənbələrindən alınan məlumata görə, səhər saatlarında Taizin müxtəlif bölgələrində çıxan qarşıdurmalarda 5 husi ölüb, 60 - ı isə yaralanıb.
Həmin qarşıdurmalarda Xalq Müqaviməti qüvvələrindən də bir nəfərin öldüyü, 10 adamın isə yaralandığı qeyd edilib.
Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya mart ayında Yəməndə rəhbərliyə bağlı birliklərlə ziddiyyət təşkil edən usilərin irəliləyişini dayandırmaq üçün əməliyyat başlatmışdı. Husilər ilə rəhbərlik tərəfdarı qruplar arasındakı qarşıdurmalar isə ölkənin müxtəlif şəhərlərində hələ də davam edir.
Şərhlər