Kabildə otelə hücum nəticəsində yeddi Ukrayna vətəndaşı ölüb
22.01.2018 12:23 Dünyadan reaksiya 1491
Əfqanıstanın paytaxtı Kabildə silahlıların otelə hücumu nəticəsində 7 Ukrayna vətəndaşı həyatını itirib.
Bunu Ukraynanın Tacikistanda və Əfqanıstandakı səfiri Viktor Nikityuk bildirib.
Xatırladaq ki, yanvarın 20-də “Taliban” hərəkatının silahlıları Kabildəki “Intercontinental Hotel” mehmanxanasına hücum edib. Nəticədə 43 nəfər, o cümlədən Əfqanıstanın Pakistanın Kəraçı şəhərindəki baş konsulu həlak olub, çox sayda insan isə yaralanıb. Əfqanıstan DİN 14 əcnəbi daxil olmaqla, 18 nəfərin öldüyünü təsdiqləyib.
KİV-in məlumatına görə, oteldəki 126 nəfər, o cümlədən 41 xarici ölkə vətəndaşı xilas edilib. Əməliyyatın 18 saat davam etdiyi bildirilir.
Bu, “Intercontinental Hotel” mehmanxanasında baş verən ilk belə insident deyil. 2011-ci ildə 9 silahlının otelə hücumu nəticəsində 12 həlak olmuşdu.(azərtac)
Şərhlər