Afrin əməliyyatında Türkiyənin 12 məqsədi
22.01.2018 13:01 Dünyadan reaksiya 1471
Türkiyə tərəfi Afrində başlanan əməliyyatların məqsədlərini açıqlayıb.
Bu barədə Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb:
1. 10 min kvadrat kilometr ərazidə Azad Suriya Ordusunun nəzarətini təmin etmək;
2. Aralıq dənizinin şərq hissəsinə çıxmağa çalışan PKK terrorçularının önünü kəsmək;
3. Türkiyənin ərəb dünyası ilə coğrafi sərhədlərini qoruyub saxlamaq;
4. Suriya ilə sərhəd təhlükəsizliyini təmin etmək;
5. PKK terrorçularının Amanos dağından Türkiyəyə sızmasını əngəlləmək;
6. Terrorçuların dünyaya səpələnməsinin qarşısını almaq;
7. Fərat Qalxanının təhlükəsizliyini və davamını təmin etmək;
8. Tel Refat bölgəsini azad etmək və dinc sakinlərin evlərinə qayıtmasına yardım göstərmək;
9. ABŞ-ın terrorçulara dəstəyinin qarşısını almaq;
10. Türkiyənin sərhədlərinə yaxın ərazilərdə dinc sakinlərin təhlükəsiz yaşayışını təmin etmək;
11. Türkiyənin Kilis və Hatay bölgələrinə raket atışlarını sonlandırmaq;
12. Afrin və Kobani arasındakı “kürd koridoru” layihəsinin icrasına son vermək.
Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatlarına yanvarın 20-də başlayıb.
Şərhlər