Cənubi Koreya M-SAM raketlərinin ilkin istehsal planına sadiq qalacaq
22.01.2018 13:26 Dünyadan reaksiya 1594
Cənubi Koreya ordusu istehsal miqyasını azaltmadan qabaqcıl ortamənzilli yer-hava raketlərlə bağlı ilkin istehsal planına sadiq qalacaq.
Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, M-SAM raketlərinə olan tələbatın yenidən nəzərdən keçirilməsindən sonra, preformansı və qiymət səmərəliliyi dəyərləndirilərək kütləvi istehsalına davam ediləcək. Lakin nazirlik “Cheongung-2” kimi tanınan M-SAM raketlərinin istehsal miqyasını açıqlamaqdan imtina edib.
Cənubi Koreya ordusu hazırki “Cheongung” yer-hava raketlərini modifikasiya edərək, ölkənin Koreya Hava və Raket Müdafiə sisteminin əsas ünsürü olan M-SAM raketini inkişaf etdirir.
ABŞ raketlərinə oxşayan bu M-SAM Koreya üslublu Patriotlar da adlandırılır. Bu raketlər 20 kilometrə qədər yüksəklikdə uçan hədəfləri vurmağa qadirdir.(ordu.az)
Şərhlər