Lavrov: "ABŞ ya Suriyadakı vəziyyəti anlamır, ya da təxribatla məşğuldur"

22.01.2018 14:44     Dünyadan reaksiya     1753

ABŞ hərəkətləri onu göstərir ki, onlar Suriyadakı vəziyyəti ya anlamır, ya da bilərəkdən təxribat törədirlər.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yəmənli həmkarı Əbdülmalik Abdülxalil əl-Mexlafi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

 

ABŞ-ın Suriyadakı fəaliyyətini tənqid edən Rusiya XİN başçısı bildirib ki, ABŞ Suriyada baş verənləri ya başa düşmür, ya da bilərəkdən təxribat törədir: "ABŞ tərəfindən Suriyanın Türkiyə və İraqla sərhəd xətti boyu təhlükəsizlik qüvvələri yaradılması bilərəkdən törədilən təxribat ola bilər. Daha sonra inkar etsələr də, faktlar sərhədləri nəzarətə götürməklə bağlı bu fəaliyyətin davam etdirildiyini göstərir. Bu, ya vəziyyətin baş düşülməməsi, ya da düşünülmüş təxribatdır".

 

Reaksiya.az

Şərhlər