Rusiya Suriyanı kimyəvi silahdan təmizləyə bilməyib

23.01.2018 12:48     Dünyadan reaksiya     1346

“Rusiya Suriyada kimyəvi silahın tətbiqinə dair faktlara dair beynəlxalq yoxlamaların keçirilməsinə maneə törədir”.

Bu barədə ABŞ dövlət katibinin müavini Stiv Qoldsteyn bəyan edib.


“Rusiya Suriyanı kimyəvi silahdan təmizləyə bilməyib, indi isə kimyəvi silahla bağlı olan təşkilatların fəaliyyətinə imkan vermir. Yetər! Mülki insanlar ölür, bu, yolverilməzdir”, - deyə Qoldsteyn bildirib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının növbəti iclasında ABŞ Suriyada kimyəvi silahın istifadəsinə dair yeni faktlar təqdim edilə bilər.(orda.az)
 

Şərhlər